AZ

UNİCEF: Beynəlxalq iqlim maliyyəsinin yalnız 2,4%-i uşaqların ehtiyaclarına yönəldilir

Beynəlxalq iqlim maliyyəsinin yalnız 2,4%-i xüsusi olaraq uşaqların ehtiyaclarına cavab verən təşəbbüslərə yönəldilir.

APA xəbər verir ki, bunu COP29 çərçivəsində keçirilən “İnsan İnkişafının Mühafizəsi: Sosial Müdafiə üçün İqlim Maliyyəsinin səfərbər edilməsi” panelində çıxışı zamanı UNİCEF-in Azərbaycan üzrə nümayəndəsi Saja Faruk Abdullah deyib.

O bildirib ki, İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Məqsədini (NCQG) nəzərdən keçirərkən, bu məqsədin təkcə vəsait toplamaqdan ibarət olmadığını başa düşürük. Bu, iqlim maliyyəsinə yatırılan hər bir dolların fərq yaratmasını və buna ən çox ehtiyacı olan insanlara çatmasını təmin etməkdən ibarətdir.

Saja Faruk Abdullah qeyd edib ki, COP29 və COP30 arasında Azərbaycanda, bu regionda və qlobal miqyasda fəaliyyəti sürətləndirmək üçün Adaptiv Sosial Müdafiə üzrə İşçi Qrupu kimi alətlərdən və təcrübələrdən istifadə edilərək öhdəliklər fəaliyyətə çevirməlidir və bu işi dəstəkləmək üçün maliyyənin səfərbər edilməsinə çalışmalıdır.

“Biz sosial müdafiənin iqlimlə bağlı fəaliyyət və maliyyə üçün vacib hesab edildiyi mühüm məqamdayıq. Bugünkü müzakirələr və İqlimə Dayanıqlı İnsan İnkişafı üzrə Bakı Rəhbər Prinsipləri onun əsas investisiya sahəsi kimi əhəmiyyətini vurğulayır. Bundan əlavə, sosial müdafiə üçün iqlim maliyyəsinin artırılması həssas vəziyyətdə olan uşaqlar və icmalar üçün davamlılıq yaratmaq üçün önəmlidir”, - UNİCEF-in ölkə nümayəndəsi əlavə edib.

Seçilən
15
apa.az

1Mənbələr