Türkiyədə lirənin sabitləşməsi prosesi davam etdirilir.
News24.az xəbər verir ki, dollar həftəyə 34,46 TL məzənnəsi ilə başlayıb. Avro isə günə 36,35 TL ilə start verib.
Mərkəzi Bank xarici valyutanın kursunu sabit saxlamağı düşünür.
Keçən həftə açıqlanan sorğulara görə, iqtisadçılar TCMB-nin siyasət faizini yüzdə 50 səviyyəsində sabit saxlayacağını hesablayırlar. Sentyabr və oktyabr aylarında gözləntilər özünü bir qədər doğrultdu.
Qeyd edək ki, hazırda dollar digər valyutalara nisbətən yüksək istiqamətə doğru irəliləyir. Dolların digər valyutalar qarşısında gücünü ölçən DXY İndeksi 2022-ci ildən bəri ən yüksək səviyyədə olduğunu qeyd edir. Avro isə 2022-ci ildən bəri ən aşağı səviyyədədir. Avrodakı güc itkisinə ABŞ-ın yeni prezidenti Donald Trampın Avrozonada mümkün ticarət tarifləri və gömrük tariflərinin təsir etdiyi vurğulanır.
Ağa Dadaşzadə