AZ

Vergi borcu olan şirkət məhkəmə qarşısında

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsi "ZM-Met" şirkətini məhkəməyə verib. 

Qaynarinfo-nun məlumatına görə, məhkəmə çəkişməsi vergi məsələləri ilə bağlıdır. 

Qurumun iddiasına Bakı İnzibati Məhkəməsində baxılacaq. Tural Məlikov iş üzrə hakim təyin edilib. 

Araşdırmalarımız zamanı məlum olub ki, şirkətin 94 637, 46 manat vergi borcu var. Qurum da bu səbəbdən məhkəməyə müraciət edib. 

"ZM Met" MMC 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manatdır. Şirkətin qanuni təmsilçisi Musayev Zülfüqar Məcid oğludur. 
Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur. 

Seyid
Seçilən
14
1
qaynarinfo.az

2Mənbələr