AZ

Bakıda usta ev sahibinin 500 AZN-ni alıb aradan çıxıb? - DİN-dən AÇIQLAMA

Paytaxtda Mənsur İbrahimov adlı şəxsin evinə təmir üçün çağırdığı usta onun 500 AZN-nini alaraq qaytarmadığı bildirilib. Avtosfer.az xəbər verir ki, bu barədə Baku.ws-in "Qaynar xətti"nə məlumat daxil olub.

Qeyd edilib ki, hadisə Xəzər rayonu Şüvəlan qəsəbəsi İlqar Muradov küçəsi ev 6-da yaşanıb.

Usta həyət evində təmir işi gördürmək istəyən şəxsin 400 AZN-ni alaraq aradan çıxıb.

Daha sonra Mənsur İbrahimov Xəzər rayonu 1 saylı polis şöbəsinə şikayət edib. Şikayətə Babək adlı müstəntiq baxıb. Usta ilə əlaqə yaradılıb, o, gəlib təmir işini görəcəyini bildirib.

Həmin usta gələrək Mənsur İbrahimovdan 100 AZN də əlavə alıb ki, bir sıra material lazımdır. O Mənsur İbrahimovun ümumilikdə 500 AZN-nini alaraq aradan çıxıb.

Mənsur İbrahimov həmin dələduz ustanın tapılmasını və pulunun geri qaytarılmasını istəyir.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin əməkdaşı Elbrus İbrahimov bildirib ki, həmin məsələ ilə bağlı araşdırma aparılıb və zərərçəkmiş vətəndaşa məhkəməyə müraciət etməsi tövsiyə olunub:

"Qeyd olunan məsələ ilə bağlı daxil olmuş müraciət əsasında Xəzər RPİ 1-ci Polis Şöbəsində təhqiqat araşdırması aparılıb. Araşdırmanın nəticəsinə əsasən məsələnin mülki xarakterli olması müəyyən edildiyindən cinayət işinin icraatına xitam verilməsi haqqında qərar qəbul edilib və vətəndaşa aidiyyəti üzrə məhkəməyə müraciət etməsi tövsiyə olunub".

Seçilən
34
avtosfer.az

1Mənbələr