Professor Adil Qeybulla Demokrat.az-a açıqlamasında deyib ki, iqlim problemləri davam edərsə, insanlıq və bəşəriyyət böyük təhlükə ilə üzləşə bilər:
“Əslində bu prosesin adı iqlim dəyişikliyi yox, başqa cür qoyulmalıdır. Bu, Yer kürəsinin istilik tənzimlənməsinin pozulmasıdır. Bu, insan fəaliyyətinin nəticəsidir. Sənayeləşmə, avtomobillərdən istifadənin çoxalması və digər çoxsaylı səbəblərdən karbon qazı havaya buraxılır. Bu proseslər fonunda atmosferin çirklənməsi addımbaddım davam edir. İnsanlar özləri iqlim dəyişikliklərində birbaşa günahkardırlar, flora və faunanı məhv edirlər. Bu da onların özlərinə qarşı çevrilir. İqlim dəyişikliyinin qarşısını almaq üçün müzakirə olunan tədbirlər yetərli deyil. Biz yeni üsullar tapmalıyıq, alternativ enerji mənbələri tapmalıyıq. Bununla yanaşı insanların təbiətə qarşı vəhşi münasibətinə ciddi nəzarət olunmalıdır. Əks halda, Yer kürəsi böyük təhlükə qarşısında qalacaq. Əgər temperatur 2 dərəcədən çox artarsa, Yer kürəsinin relyefi dəyişə bilər”.
Törə Zeynallı
Demokrat.az
6Mənbələr
-
bakivaxti.azYer kürəsini böyük təhlükə gözləyir - Adil Qeybulla AÇIQLADI ( 13152394)
-
poliqon.infoYer kürəsini böyük təhlükə gözləyir - Adil Qeybulla açıqladı ( 13151377)
-
konkret.azYer kürəsini böyük təhlükə gözləyir – AÇIQLAMA ( 13151359)
-
olaylar.az"Yer kürəsinin relyefi dəyişə bilər..." — Dünyanı gözləyən təhlükə ( 13150726)
-
milli.azYer kürəsini böyük təhlükə gözləyir - Adil Qeybulla açıqladı ( 13150429)
-
demokrat.az"Yer kürəsinin relyefi dəyişə bilər..."— Dünyanı gözləyən təhlükə ( 13148665)