AZ

Nura Suri "Azpulmant"-dan şikayətçidir - Artıq bezdim...

Müğənni Nura Suri "Azpulmant" kredit təşkilatından şikayətçidir. 

News365.az xəbər verir ki, müğənni ona hər gün müxtəlif şəxslərin kreditinin gecikdiyi barədə zənglər gəldiyini və bundan narahat olduğunu bildirib. 

"Azpulmat nədir bilən var? Mən heç vaxt kredit götürməmişəm, kredit götürən insanlara da heç vaxt zamin olmamışam. 

Hər həftə mənə zəng edib kiminsə krediti gecikdirdiyin deyir robot. 

Əlaqə nömrəsi 1670 heç kəs cavab vermir. 

Başa düşə bilmirəm nə məsələdir. 

Heç vaxt kredit götürməmişəm və götürmərəm də. 

Borc sevmirəm (nə vermək, nə də almaq). 

Vallah gündə bir hoqqa çıxır e, bu ölkədə. Öz işimizlə, həyatımızla məşğul ola bilmirik. 

Mənə lazımdı indi bunu araşdırıb vaxt sərf etmək? İnsan olmayan ada olsaydı gedib yaşayardım. Bezdim" - deyə o qeyd edib. 

Seçilən
17
1
news365.az

2Mənbələr