AZ

Millimizin üzvünə viza verilmədi - İsveçlə oyunu buraxmalı olacaq

Azərbaycan yığmasının üzvü Mustafa Əhmədzadə UEFA Millətlər Liqasının VI turunda seçmə komandamızın İsveçlə səfər matçına gedə bilməyib.

Sitat.info xəbər verir ki, buna səbəb Mustafa Əhmədzadəyə viza verilməməsi olub.

Buna görə də gənc yarımmüdafiəçi İsveçlə görüşü buraxmalı olacaq.

Qeyd edək ki, Mustafa Əhmədzadə bu mövsüm "Araz-Naxçıvan" forması ilə cəmi yeddi oyunda meydana çıxıb.

Xatırladaq ki, İsveç - Azərbaycan oyunu noyabrın 19-u Bakı vaxtı ilə 23:45-də start götürəcək.

Seçilən
14
sitat.info

1Mənbələr