10 yaşadək stolüstü tennisçilər növbəti təlim-məşq toplanışına cəlb olunublar.
Apasport.az xəbər verir ki, uğurlu gələcək vəd edən istedadlı idmançılar bu dəfə Xaçmaz Olimpiya İdman Kompleksində bir araya gəliblər.
Onlar bu gündən noyabrın 24-dək məşqçilər Billurə Eminova, Qulu Quliyev və İsmayıl Mirzəyevin rəhbərliyi ilə hazırlıq prosesində iştirak edəcəklər. Təlim-məşq toplanışı stolüstü tennisçilərin bacarıqlarını təkmilləşdirmək və onlara peşəkar idmançı vərdişlərini aşılamaq məqsədi daşıyır.
Stolüstü tennisçilərimizdən uğurlu nəticə
Təmsilçilərimizdən 3 medal
Stolüstü tennisçilərimiz Avropa Universitet Oyunlarında mübarizəyə başlayırlar
Stolüstü tennisçilərimiz Avropa çempionatında Ermənistan komandasına qalib gəliblər
Stolüstü tennisçilərimiz Avropa çempionatında mübarizəyə başlayıb