Qazaxıstan millisinin baş məşqçisi Stanislav Çerçesov qış fasiləsinə qədər postunu tərk edəcək.
Fanat.Az xəbər verir ki, məlumatı tanınan insayder İvan Karpov yayıb.
Xəbərə görə, rusiyalı mütəxəssis Orta Asiya təmsilçisindən ayrılacağı halda, klub çalışdıracaq. O, artıq yeni iş təklifi də alıb. Qroznı "Axmat"ı onun təyinatını nəzərdən keçirir.
Qeyd olunub ki, Çerçesov ötən yayda da "Axmat"dan təklif alıb, ancaq Qazaxıstan millisində işləmək istəyinə görə qroznılıların təklifini rədd edib.
Qazaxıstan millisi Çerçesovun rəhbərliyi altında Millətlər Liqasında keçirdiyi 6 oyundan 5-də uduzub, 1 dəfə heç-heçə edib. Top fərqi 0:15 olub.
Mirağa