Ukrayna prezidenti Volodimir Zelenski Pokrovski cəbhəsinə baş çəkib.
Modern az xəbər verir ki, bu barədə Zelenskinin ofisi məlumat yayıb.
O, cəbhə xəttini müdafiə edən 25-ci hava-desant briqadasının hərbçiləri ilə görüşüb.
“Bu, gərgin və çətin sahədir. Yalnız əsgərlərimizin gücü sayəsində Şərq hələ tam olaraq Rusiya tərəfindən işğal olunmayıb”, - deyə Ukrayna lideri sosial şəbəkələrdə yazıb.
Zelenski hərbçiləri mükafatlandırıb və Pokrovsk və Kuraxovonun, eləcə də digər əsas sahələrin müdafiəsi ilə bağlı məruzələri dinləyib.