Alla Puqaçova uzun ayrılıqdan sonra böyük qızı Kristina Orbakaite ilə görüşüb.
Sonxeber.az Lent.az-a istinadən xəbər verir ki, genişmiqyaslı müharibənin əvvəlində uşaqları və həyat yoldaşı Maksim Qalkinlə birlikdə Rusiya Federasiyasını tərk edən məşhur rusiyalı müğənni Alla Puqaçova böyük qızı, 52 yaşlı Kristina Orbakaite ilə görüntülənib.
Məlum olub ki, diva ailəsi ilə birlikdə ABŞ-a Kristinanı ziyarət etməyə gedib. Onlar uzun müddət sonra ilk dəfə bir ailə kimi süfrəyə oturublar.