AZ

Tramp miqrantları ABŞ-dan çıxaracaq - Ən böyük əməliyyat

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp qeyri-qanuni miqrantların kütləvi deportasiyasına başlamaq niyyətini təsdiqləyib.

Teleqraf.com xəbər verir ki, bu barədə o, “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Qeyd edilir ki, Tramp miqrantları ölkədən çıxarmaq üçün hərbi resurslardan istifadə edəcək və fövqəladə vəziyyət tətbiq edəcək.

Noyabrın 11-də ABŞ-ın yeni seçilmiş prezidentinin qərargahının mətbuat katibi Karolin Levitt bildirib ki, Donald Tramp dövlət başçısı vəzifəsinə gəldikdən sonra elə ilk gündə qeyri-qanuni miqrantların deportasiyası üzrə ABŞ tarixində ən böyük əməliyyat keçirəcək.


Müəllif: Arzu
Seçilən
35
teleqraf.com

1Mənbələr