AZ

Dolların qiyməti dəyişəcək? - AÇIQLAMA

"Neftin qiyməti yüksək olduğu müddətdə manat sabit rejimdə qalmaqda davam edəcək".

Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli 2025-ci ildə manatın məzənnəsi ilə bağlı Mərkəzi Bankın sədrinin növbəti illər üçün manatın məzənnəsi haqqında açıqlamasına münasibət bildirərkən deyib.

Ekspert hesab edir ki, neftin qiyməti indiki səviyyədə olsa, dolların qiyməti 1, 70 manat səviyyəsində saxlanılacaq: "Neftin və qazın qiymətinin yaxşı olması lazımdır. Yox, qiymətlər aşağı düşsə özlərinin də dediyi ki, rahat şəkildə siyasətlərini dəyişə bilərlər. Neftin qiyməti də digər faktorlardan asıl olduğuna görə gələcək üçün proqnoz vermək çətindir”.Qeyd edək ki, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zamanı Mərkəzi Bankın sədri Taleh Kazımov bildirib ki, 2025- 2026-cı il üzən məzənnəyə keçilməyəcək.

"Bu il, növbəti illərdə də büdcə və orta müddətli xərclərdə də gördüyünüz kimi, manat/dollarda 1,7 məzənnə proqnozlaşdırılıb. Orta müddətli dövrdə də sabit məzənnə rejimini makroiqtisadi sabitliyin təmin edilməsi üçün əlverişli hesab edirik", - deyə Taleh Kazımov bildirib. 

Seçilən
15
1
azpolitika.info

2Mənbələr