1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində energetika naziri Pərviz Şahbazovla birgə Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek ilə görüşüb.
Oxu.Az xəbər verir ki, o, bu barədə öz "X" hesabında məlumat verib:
Görüşdə ölkələrimizin iqtisadi əlaqələrinin mövcud vəziyyəti, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsində fəal iştirakı, bərpaolunan enerji layihələri, dayanıqlı həllərə keçid və "yaşıl hidrogen" sahəsində təşəbbüslər barədə müzakirələr aparılıb.
#COP29 (@COP29_AZ) çərçivəsində həmkarım, energetika naziri Pərviz Şahbazovla (@ParvizShahbazov) birgə #Almaniya-nın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek ilə ölkələrimizin #iqtisadi əlaqələrinin mövcud vəziyyəti, #Azərbaycan-ın #qlobalenerji… pic.twitter.com/jzOQqnNdAQ
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 18, 2024