ABŞ-ın yeni Prezidenti Donald Tramp qanunsuz miqrantların ölkədən genişmiqyaslı deportasiyasını həyata keçirmək üçün federal səviyyədə fövqəladə vəziyyət tətbiq edəcək.
News365.az xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Məlumata görə, Tramp “Truth Social” sosial şəbəkə hesabında “Judicial Watch” mühafizəkar fəallar qrupunun rəhbəri Tom Fittonun “Tramp milli səviyyəli fövqəladə vəziyyət elan etməyə hazırdır və o, kütləvi deportasiyalar həyata keçirmək üçün hərbi gücdən istifadə edəcək” paylaşımını yerləşdirib və paylaşımın altına “Bu doğrudur!” şərhini qeyd edib.
Nəşrin məlumatına görə, ABŞ-da 11 milyon qanunsuz miqrant yaşayır və gözlənilən deportasiyalar 20 milyon ailəyə təsir göstərə bilər