Bu gün COP29-un Mavi zonasında “Gənclər ilə yaşıl gələcək” mövzusunda tədbir keçirilib.
İdman.biz xəbər verir ki, gənclər və idman naziri Fərid Qayıbov tədbirdə çıxış edib.
Nazir Azərbaycandakı gənclər və idman siyasətində dayanıqlı inkişafa dair atılan addımlar barədə məlumat verib, idman və təbiət mövzularının vəhdət təşkil etdiyini bildirib. İdmanın önəmini vurğulayan Fərid Qayıbov Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası kimi təşkilatların fədakarlığı sayəsində son illərdə Azərbaycanda avarçəkmə təşəbbüslərinin əhəmiyyətli dərəcədə genişləndiyini vurğulayıb. Nazir ekoloji maarifləndirmə istiqamətində beynəlxalq əməkdaşlığın davam edəcəyini qeyd edib.
Tədbirdə Dünya Avarçəkmə Federasiyasının prezidenti Jan Kristof Rollan, Beynəlxalq Draqon Qayıqları Federasiyasının prezidenti Klaudio Şermi, Asiya Avarçəkmə Federasiyasının və Qlobal Kanal Avarçəkmə Federasiyasının fəxri prezidenti Vanq Şi, Qlobal Kanal Avarçəkmə Federasiyasının səlahiyyətli nümayəndəsi Ken Li və Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının rəhbəri Vüqar Əhmədov iştirak ediblər.
İdman.biz