AZ

Türkiyə Ərdoğanın Ukrayna planı ilə bağlı xəbərlərə reaksiya verib

...Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Administrasiyasının Kommunikasiyalar İdarəsinin nəzdindəki Dezinformasiya ilə Mübarizə Mərkəzi Türkiyə prezidentinin Ukraynadakı münaqişəyə son qoymaq planı ilə bağlı məlumatların həqiqətə uyğun olmadığını bildirib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə RİA Novosti yazır.

Türkiyə prezident administrasiyasının bildirdiyinə görə, Ərdoğanın Braziliyada keçiriləcək G20 sammitində təqdim olunacaq öz “sülh planı”nı hazırladığı barədə məlumat yalandır.

Eyni zamanda, Türkiyə münaqişənin diplomatik yolla həllinə yönəlmiş təşəbbüsləri dəstəklədiyini də əlavə ediblər.

...Bəzi KİV-lərin “Türkiyə Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün təklif hazırlayıb və bu planın G20 sammiti münasibətilə təqdim ediləcəyi” iddiası doğru deyil. Türkiyə diplomatik təşəbbüsləri dəstəkləyir.Amma sözügedən xəbərdə Türkiyə ilə bağlı bölmələr həqiqəti əks etdirmir. Xahiş edirəm, rəsmi mənbələrdən kənar açıqlamalara etibar etməyin.

Mesajda deyilir.

Əli Babayev

Seçilən
32
1
sia.az

2Mənbələr