AZ

Azərbaycan və Almaniya iqtisadi əməkdaşlığı müzakirə edib

COP29 konfransı çərçivəsində Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov və energetika naziri Pərviz Şahbazov Almaniyanın vitse-kansleri, iqtisadiyyat və iqlimin mühafizəsi naziri Robert Habek ilə görüşüb.

"Operativ Media" xəbər verir ki, bu barədə M.Cabbarov “X” sosial şəbəkəsindəki səhifəsində yazıb.

Tərəflər iki ölkə arasında iqtisadi əlaqələrin hazırkı vəziyyətini, Azərbaycanın qlobal enerji təhlükəsizliyinin təmin edilməsindəki fəal iştirakını, bərpa olunan enerji layihələrini, dayanıqlı həll yollarına keçidi və “yaşıl” hidrogen təşəbbüslərini müzakirə ediblər.

Seçilən
43
5
operativmedia.az

6Mənbələr