AZ

Azərbaycana gəldi, “Qarabağ”da iki nəfərin adını çəkib, “məmnunam” dedi

Son illər Portuqaliyadan ölkəmizə futbolçu axını müşahidə olunmaqdadır.

İllər öncə “Qarabağ”ın müəyyənləşdirdiyi dəbi digər Premyer Liqa klubları uğurla davam etdirməkdədir.

Portuqaliyanın I Liqasında çıxış etmiş top ustaları Azərbaycana gələrək, burada özlərini ən yaxşı tərəfdən göstərməyi bacarırlar. Bu mənada portəgizlərlə yanaşı, braziliyalıları və əslən Afrikadan olanları görmək mümkündür.

“Araz-Naxçıvan”ın yayda heyətinə qatdığı Benni kimi tanıdığımız Bernardo Dias da belələrindəndir. Ölkəmizdə yeni olsa da, hazırda oynadığı çempionat haqda çoxdan eşidib.

Naxçıvan təmsilçisinin “10 nömrə”si dostlarının sözünə qulaq asaraq ölkəsini tərk edib:

“Azərbaycanda çox sayda tanıdığım futbolçular oynayıb və oynayır. Məsələn, “Qarabağ”dakı Olavio Juninyo və Kevin Medina mənə yaxın insanlardır. Hər ikisi ilə “Çaves”də komanda yoldaşı olmuşuq.

Bura gəlməmişdən əvvəl onlarla əlaqə qurmuşdum. “Araz-Naxçıvan”dan təklif aldığımı deyəndə, xoş qarşıladılar, gəlməyi tövsiyə etdilər. Çünki Azərbaycan çempionatında əsasən texnikalı, ağıllı futbola üstünlük verilir. Bu isə mənə uyğundur. Və bu gün burada olmaqdan məmnunam”.

27 yaşlı futbolçu Premyer Liqada meydana çıxdığı 13 oyunda 2 qolla yadda qalıb.

HƏBİB

Seçilən
33
sportinfo.az

1Mənbələr