AZ

Zurabişvili təkrar parlament seçkilərinin keçirilməsini TƏLƏB ETDİ

Gürcüstan prezidenti Salome Zurabişvili ölkədə təkrar parlament seçkilərinin keçirilməsinə çağırış edib.

Qaziler.az TASS-a istinadla xəbər verir ki, o, oktyabrın 26-da keçirilən səsvermənı etibarlı saymır. Gürcüstan lideri əlavə edib ki, seçkilərə görə ölkə “sabitlik və ikili hakimiyyət” yoluna düşüb.

“Ölkədə seçkilər baş tutmayanda, onların mümkün qədər tez yenidən keçirilməsi zəruridir”, - deyə Zurabişvili brifinqdə bildirib.

Bundan əvvəl ölkənin baş naziri İrakli Kobaxidze bildirib ki, Gürcüstanda prezident seçkilərinin 2025-ci ilin yanvarında keçiriləcəyi gözlənilir.

QAZİLER.AZ

Seçilən
19
3
qaziler.az

4Mənbələr