AZ

Məşhur ağrıkəsicilərdə aşkar edilən təhlükəli yan təsirlər

Avstraliyada aparılan bir araşdırma, gabapentinoidlərin – sinir ağrıları və epilepsiya müalicəsində istifadə olunan dərmanların – yaşlı insanlarda omba sınığı riskini artırdığını aşkar edib. JAMA Network Open jurnalında dərc olunan təhlil, Viktoriya ştatında 2013-2018-ci illər arasında 28.000-dən çox xəstənin məlumatlarını araşdıraraq, 60 yaşdan yuxarı insanlarda bu dərmanların istifadəsindən bir neçə gün sonra sınıq riskinin 30% artdığını göstərib.

QHT.az xəbər verir ki, xroniki böyrək çatışmazlığı olan şəxslərdə bu risk 141%, zəif insanlarda isə 75% daha yüksək olub. Təhlil, yaşlı qadınların daha həssas olduğunu vurğulayır, çünki iştirakçıların əksəriyyəti 80 yaşdan yuxarı qadınlardır.

Gabapentinoidlərin başgicəllənmə və tarazlıq problemləri kimi yan təsirləri, xüsusilə zəif fiziki vəziyyətdə olan yaşlılar üçün yıxılma ehtimalını artırır. Tədqiqatçılar bu dərmanların ehtiyatla təyin edilməsini və potensial risklərin diqqətlə nəzərdən keçirilməsini tövsiyə edirlər.

Omba sınıqları ciddi sağlamlıq problemidir: hər il 80 yaşdan yuxarı hər 25 nəfərdən biri bu zədədən əziyyət çəkir və 25%-i ağırlaşmalar səbəbindən bir il ərzində dünyasını dəyişir. ÜST bu problemi həll etmək üçün dərman istifadəsinin yenidən nəzərdən keçirilməsini və qabaqlayıcı tədbirlərin gücləndirilməsini tövsiyə edir.

 

R.İmanov

Seçilən
14
qht.az

1Mənbələr