AZ

Bakı-Tbilisi-Ceyhan vasitəsilə neft ixracı 4% azalıb

Azərbaycan Dövlət Statistika Komitəsi xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında operatoru Böyük Britaniyanın BP şirkəti olan Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracı əvvəlki ilin eyni dövründəki 25,2 milyon tondan 24,2 milyon tona qədər azalıb.


Hesabat dövründə BTC vasitəsilə tranzit neftin nəqli illik müqayisədə 4,270 milyon tondan 4,475 milyon tona qədər artıb.


Azərbaycan, cari ilin yanvar-oktyabr aylarında BTC vasitəsilə nəql edilən ümumi neft həcminin 75,3%-ni təşkil edən 32,1 milyon ton neft nəql edib. Azərbaycandan başqa, BTC vasitəsilə Qazaxıstan və Türkmənistan da neft ixrac edir.


Nefti Aralıq dənizinin sahilində yerləşən Türkiyənin Ceyhan limanına çatdıraraq tanker partiyaları ilə ixrac edən BTC boru kəmərinin ümumi uzunluğu 1.768 kilometr təşkil edir. Boru kəmərinin gücü gündə 1,2 milyon barrel neft ixrac etməyə imkan verir. Layihə BTC-nin gücünü gündə 2,2 milyon barrelə qədər artırmağa imkan verir.


N.Təbrizli


www.anews.az
Seçilən
25
anews.az

1Mənbələr