AZ

Biləsuvarda ov tüfəngindən açılan atəş nəticəsində 34 yaşlı kişi ölüb

Biləsuvarda silahla ehtiyatsızlıq ölümə səbəb olub.

APA-nın cənub bürosunun verdiyi xəbərə görə, hadisə Biləsuvar rayonun Ağalıkənd kəndində qeydə alınıb.

Kənd sakini, 1990–cı il təvəllüdlü Mətləb Famil oğlu Nəhmədov yaşadıqları evdə ov tüfəngindən açılan atəş nəticəsində hadisə yerində ölüb.

İlkin ehtimala əsasən, onun ölümünə səbəb olaraq ov tüfəngi ilə ehtiyatsız davranması göstərilir.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
50
7
apa.az

10Mənbələr