AZ

Türkiyədə döymə etdirən qadın az qala ayağından olacaqdı

İngiltərədən olan bir qadın döymə etdirdikdən sonra az qala ayağını itirəcəkmiş.

Qaziler.az xəbər verir ki, bu barədə “Daily Mail” yazıb.

Kirsti Qriffits döymə etdirməyi planlaşdıran hər kəsi bu işi etdirməzdən əvvəl ustanın şəxsiyyətini və lazımi sənədlərini yoxlamağa çağırıb. O bu qənaətə Türkiyədə tətildə ayağına tatu etdirdikdən sonra onu itirmək təhlükəsi ilə üzləşdikdən sonra gəlib.

Belə ki, seansdan 48 saat sonra britaniyalı qadının sağ topuğunda təhlükəli infeksiya yaranıb. Xəstəxananın həkimləri ona ayağının amputasiya oluna biləcəyini bildiriblər. Kirsti bu xəbərin onun üçün şokedici olduğunu söyləyib.

"Məni görməyə iki müxtəlif cərrah gəldi və onlardan biri dedi ki, vəziyyət dəyişməsə, ayağımı kəsdirməli ola bilərəm", - deyə qadın qeyd edib.

İnfeksiya dörd gün xəstəxanada qaldıqdan və təyin olunmuş antibiotiklər işə başladıqdan sonra azalmağa başlayıb. Qriffitsin indi ağrıları var, axsayır və  ağrıkəsicilər qəbul edir.

"Xaricdə döymə etdirməyi düşünən hər kəsə araşdırma aparmağı və diqqətlə mütəxəssis seçməyi məsləhət görərdim", - deyə britaniyalı qadın hər kəsə xəbərdarlıq edib.

QAZİLER.AZ

Seçilən
17
qaziler.az

1Mənbələr