AZ

Qalmaqallı binaları tikən “İnşaat Konstruksiyaları” cərimələndi - FOTO

“İnşaat Konstruksiyaları” MMC məcburi auditdən yayındığına görə cərimələnib.

Avtosfer.az-ın İqtisadiyyat.az-a istinadən məlumatına görə, Maliyyə Nazirliyi tərəfindən şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 464-cü (Məcburi auditdən yayınma) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.

Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MTK ilə bağlı müraciətə baxılıb.

Hakim Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.

əcburi auditdən yayınmağa görə vəzifəli şəxslər 300 manatdan 600 manatadək məbləğdə, hüquqi şəxslər 1500 manatdan 2500 manatadək məbləğdə cərimə edilir. 

Qeyd edək ki, bir müddət əvvəl şirkətin vəzifəli şəxsləri barəsində cinayət işi başlanmışdı. MMC-nin qanuni təmsilçisi şirkətin sahibi olan Rauf Əliyevin yaxın qohumu Əhmədov Rəsul Süleyman oğludur.

Seçilən
15
avtosfer.az

1Mənbələr