15-ci sanksiyalar paketi çərçivəsində Avropa İttifaqı Rusiyanın enerji sektoruna, idmançılar və din xadimləri də daxil olmaqla, rusiyalı şəxslərə qarşı məhdudiyyətləri müzakirə edir.
NOCOMMENT.az xəbər verir ki, bunu Macarıstanın xarici işlər naziri Peter Siyarto deyib.
O, Budapeştin anti-Rusiya sanksiyalarına qarşı olduğunu vurğulayıb.
“Bəzi Aİ ölkələri enerji sektoruna qarşı sanksiyalar tələb etməklə gözlərindən qan axır, söhbət neft və təbii qazın, eləcə də nüvə sənayesinin tədarükünə qarşı sanksiyalardan gedir”, – Siyarto Xarici İşlər Nazirləri Şurasının iclasından sonra deyib.
Onun sözlərinə görə, tədbirdə Rusiyalı idmançılarının, din xadimlərinin və BMT-dəki nümayəndələrinin qara siyahıya salınması təşəbbüsləri elan edilib.
Szijarto vurğulayıb ki, Macarıstan əvvəlki kimi, onun maraqlarına qarşı yönələcək heç bir sanksiyaya səs verməyəcək.