İsraillə Hizbullah arasında atəşkəs qərarı verilib.
Azpost.info bildirir ki, bu barədə Türkiyənin “A Haber” telekanalı təhlükəsizlik qaynaqlarına istinadən xəbər yayıb.
Atəşkəs ABŞ-ın yeni prezidenti Trampın vəzifəyə başlayacağı yanvarın 20-dək davam edəcək.
Razılaşma noyabrın 21-də imzalanacaq və atəşkəs 60 gün davam edəcək. Atəşkəs qərarı çərçivəsində Hizbullah hərbi qanadını Livanın cənubundakı 10 kilometrlik ərazidən, İsrail isə cənub zolağından geri çəkiləcək.