AZ

Paşinyan Roma Papasına təşəkkür etdi -ERMƏNİ MƏHBUSLARI AZAD ETMƏK ÜÇÜN GÖSTƏRDİYİ SƏYLƏRƏ GÖRƏ

“Apostol Sarayını ilk dəfə ziyarət etmək mənim üçün böyük şərəfdir”. 

 

Senzor.az erməni mediasına istinadən bildirir ki, bunu noyabrın 18-də Ermənistanın baş naziri Nikol Paşinyan Müqəddəs Taxt-taca səfəri zamanı Roma Papası Fransisklə söhbətində deyib.

 

Görüş zamanı Paşinyan qeyd edib ki, ali və yüksək səviyyələrdə davam edən qarşılıqlı səfərlər xüsusi dövlətlərarası münasibətlərdən xəbər verir. O, həmçinin əlavə edib ki, Ermənistana Apostol nunsisinin təyin olunması dostluq münasibətlərində mühüm irəliləyiş olacaq.

 

Baş nazir, eyni zamanda, Ermənistanın beynəlxalq platformalarda sülh gündəliyinə xidmətdə, eləcə də bu istiqamətdə birgə fəaliyyətində Müqəddəs Taxt-tacın tam dəstəyini qeyd edib.

 

Paşinyan Roma Papasına Ermənistan-Azərbaycan sülh prosesi ilə bağlı son hadisələr barədə danışıb. O, Ermənistan Respublikasının sülh işinə verdiyi töhfəyə tam sadiq olduğunu vurğulayıb.

 

Baş nazir erməni əsirlərin azad edilməsi üçün Müqəddəs Taxt-Tacın daimi səylərinə görə Papaya təşəkkür edib.

 

Həmsöhbətlər qarşılıqlı maraq doğuran digər məsələləri də müzakirə ediblər.

Seçilən
53
1
senzor.az

2Mənbələr