AZ

Bu gün sizi nə gözləyir? - BÜRCLƏR

Qoç - əvvəlcədən planlaşdırdığınız işlərlə səhər saatlarından etibarən məşğul olun. Nəticə pis olmayacaq. Fəaliyyətiniz ünsiyyət, daşımalar, marketinq və ya vasitəçiliklə bağlıdırsa - uğur əldə edəcəksiniz. Bütün mühüm məsələləri günün ilk yarısında həll edin.

Buğa - qərarların sürətlə qəbulu və yeni situasiyaya uyğunlaşma bacarığınız sayəsində irəliləyə bilərsiniz. Məsuliyyətdən qaçmağa çalışmayın. Tək qalmayın, müstəqil fəaliyyət prinsipini ifrata çatdırmayın. Şərait sizi trivial olmayan qərarların qəbuluna vadar edir.

Tərəfdaş və müttəfiqlərlə görüş yeni qüvvələr verə bilər. Nigaranlıq və təşvişlərinizi yaxınlarınızla paylaşa bilərsiniz. Açıq söhbətdən sonra özünüzü daha yaxşı hiss edəcəksiniz.
 

Əkizlər - şəxsi təmasları bir qədər azaldın. Yaranan problemlər sizi ruhdan salmamalıdır. Müqavilə, anlaşma və ya yeni layihə üçün əlverişli zaman deyil. Mühüm saydığınız bütün məsələləri günün ilk yarısında həll edin.

Xərçəng - məlumat, informasiya mübadiləsi və kommunikasiyalarla bağlı fəaliyyət məhsuldardır. Həmsöhbətinizlə mövqelərinizi paylaşmaq üçün çox səy sərf etməyəcəksiniz. Mütəhərrik, çevik və qıvraq olun. Əla nəticələrə nail olmaq istəyirsinizsə, süst davranmayın.

Şir - önəmli layihələrdən birini təxirə salmaq olar. Sifarişin nədən ibarət olduğunu tam anlamaq üçün bir qədər nəfəs dərin. Şəraiti dəyişmək, problemlərdən qısa müddətə də olsa, kənarlaşmaq zamanıdır.

Qız - əhvalınızdakı dəyişikliklər və əməllərinizdən narazılıq hissi sizdə pessimizm yaratmamalıdır. İşgüzar fəallıq baxımından günün ilk yarısı daha münasibdir. Yeni işə başlamayın.

Tərəzi - işlərdə problemlər yaransa da, əhvalınızı pozmayın. Fəaliyyətin sonucları sizi tam təmin etməyəcək. Yeni layihələrə başlamayın. Amma problemlərin həllində yaradıcı yanaşma nümayiş etdirin.

Əqrəb - çoxdan başladığınız işi günün ilk yarısında başa vura bilərsiniz. Maraqlandığınız işlə bağlı yeni məlumatlar əldə edə bilərsiniz. Bacarıqlarınızı artırın, təcrübənizi zənginləşdirin. Yeni nə isə öyrənməyə çalışın.

Oxatan - işgüzar tərəfdaşlarla ünsiyyət üçün günün ilk yarısı daha əlverişlidir. Səhər saatlarından etibarən aktiv çalışın. Əldə etdiyiniz nəticələri səbatlı edin. Mövqelərinizi möhkəmləndirin. Münaqişəli vəziyyətlərdə etika çərçivəsindən kənar çıxmayın. Kobudluq etməyin.

Oğlaq - ötən həftədən bəri qarşılaşdığınız və "vidalaşa" bilmədiyiniz gərgin situasiya bu gün çözüləcək.

Dolça - bacarıqlarınızı nümayiş etdirə bilərsiniz. Hadisələrə süni təkan verməyin. Yaxın ətrafınızdakı insanların prosesə dərhal müsbət mövqe sərgiləyəcəklərini düşünməyin. Tərif və dəstək gözləməyin.

Balıqlar - yaşanan situasiyanın yaratdığı çətinlikləri ürəyinizə salmayın. Yaranmış vəziyyətə fərqli baxış bucağından baxmağı bacarın. Tale sizə yaxşı dərs verəcək.

Milli.Az

Seçilən
22
mia.az

1Mənbələr