AZ

COP29 həm də insan hüquqlarını qorumağa çağırış platformasıdır

Fransa və Niderland kimi müstəmləkəçilər Afrika ölkələrini xammal və ucuz işçi qüvvəsi tədarükçülərinə çevirərək istismar edir, yerli sənaye və kənd təsərrüfatının inkişafını boğurlar

Kainatın, insanların sağlamlığının qorunması, iqlim dəyişikliyinin yaratdıığ fəsadların aradan qaldırılması üçün həyatı əhəmiyytəli məsələlərin müzakirə olunduğu COP29 uğurla davam edir. Azərbaycanda ətraf mühitin mühafizəsi və yaşıl enerjə keçidlə bağlı əldə olunan nəticələrin dünyaya tanıdılması baxımından da əhəmiyyətli platforma olan Sammitdə irəli sürülən təkliflərin, dəstəklənən təşəbbüslərin hədəfi bəllidir: Gələcək nəslə sağlam dünya bəxş edək! Bunun üçün isə yaşıl dünya naminə həmrəylik vacib məsələ kimi qarşıya qoyulur.

Tədbir iştirakçılarının, xarici qonaqların etiraf etdikləri kimi, əvvəlki COP-lardan fərqli olaraq Bakı konfransı səviyyəsi, təşkilatçılığı, qarşıya qoyulan məsələlərin aktuallığı, ən başlıcası isə yaşıl dünya naminə daha çox tələbat duyulan maliyyə mənbələrinin müəyyənləşdirilməsi naminə qüvvələrin birləşdirilməsi kimi məsələnin həllində səylərin artırılması baxımından diqqəti cəlb edir. İqlim dəyişmələrindən daha çox zərər çəkən inkişaf etməkdə olan ada dövlətlərinin problemlərinin həlli üçün səylərin birləşdirilməsi COP29-un əhəmiyyətini daha da artırır. Sammitin ölkəmizdə keçirilməsinə mane olan, təxribat kampaniyalarını intensivləşdirən, Azərbaycanın yaşıl enerji çağırışına kölgə salmaq istəyən qüvvələrə növbəti dəfə cavab COP29-u möhtəşəmliyi oldu. Yenidən siyasi, iqtisadi platformaya çevrilən, ümumbəşəri hədəflərə nail olmağın yollarını formalaşdırdığı akademik auditoriyadan bəyan edən, qlobal enerji, nəqliyyat layihələrinin müəllifi, təşəbbüskarı və eyni zamanda icraçısı olan Azərbaycan göstərdi ki, qüdrətli dövlət kimi yaşıl dünya naminə həmrəyliyin hədəflərini də düzgün müəyyənləşdirməyə qadirdir. COP29 çərçivəsində keçirilən Liderlər Sammitinin açılış mərasimində Azərbaycanın təklif etdiyi 14 təşəbbüsü ilə ölkəmizin zəngin, təbii resurslarından istifadənin səmərəsini diqqətə çatdıran Prezident İlham Əliyev siyasi iradəyə malik, qətiyyətli dövlət başçısı olduğunu dünyaya bəyan etdi. Qoşulmama Hərakatına sədrliyi müddətində təsisatda həyata keçirdiy yeniliklərlə həmkarlarını belə heyran qoyan, təşəbbüskar, yenilikci dövlət başçısı olduğunu təsdiqləyən Prezident İlham Əliyevin Sammitin təşkili istiqamətində gördüyü işlər yüksək qiymətnləndirilir. BMT-nin Baş katibi Antonio Quterreş kimi digər dövlət və hökumət rəhbərləri də respublikamızın hər yerində gördükləri inkişafı heyrətlə izlədiklərini, COP29 kimi mühüm tədbirin keçirilməsi üçün düzgün məkan olaraq Azərbaycana üstünlük verdikləri üçün səhv etmədiklərini bildirirlər.

Azərbaycanın təkcə coğrafi baxımdan deyil, dünyada qazandığı diplomatik uğurları, ən çətin problemlərin həllinə həsr olunmuş müzakirələrdə dəstəklənən rolu yüksək dəyərləndirildi. Dövlətlər , müxtəlif beynəlxalq təşkilatlar arasında siyasi, mədəni, enerji, ticari və nəqliyyat körpülərinin salınmasında göstərdiyi təşəbbüskarlığı ilə seçilən Azərbaycanın meqalayihələri Bakı Sammitində də ölkələr arasında daha məhsuldar, çoxtərəfli əməkdaşlıq formatının qurulmasında yeni mərhələ olacaq. «COP29-un sədri kimi Azərbaycan inkişaf etmiş və inkişaf edən ölkələr, Qlobal Cənub və Qlobal Şimal arasında ümumi anlaşmaya nail olmaq üçün əlindən gələni edəcək» sözləri ilə Qoşulmama Hərəkatına uğurlu sədrliyini daha geniş miqyasda davam etdirəcəyini bildirən Prezident İlham Əliyev ölkəmizin yaşıl gündəliyinin beynəlxalq əhəmiyyətini də diqqətə çatdırdı. Vurğulandı ki, bərpaolunan enerjidə texniki potensialı quruda 135 giqavat və dənizdə isə 157 giqavat təşkil edən Azərbaycan bu sahədə də əməkdaşlığa böyük önəm verir.

«Biz 2030-cu ilə qədər təxminən altı giqavatlıq Günəş, külək və hidroenerji stansiyalarının tikilməsini planlaşdırırıq. Lakin bu, tam planlarımızın hamısı deyil, 10 giqavatlıq bərpaolunan enerji layihələri üzrə müqavilələr və anlaşma memorandumları imzalanıb» sözlərinə əlavə olaraq ixrac bazarında ölkəmizin artan potensialını diqqətə çatdıran dövlət başçımız İlham Əliyev vurğuladı ki, Xəzər dənizindən başlayaraq Qara dənizin dibi ilə enerji kabelinin çəkilməsini nəzərdə tutan digər mühüm enerji təhlükəsizliyi layihəsinin həyata keçirilməsi üçün tərəfdaşlarımızla fəal çalışırıq. Naxçıvan Muxtar Respublikasının, Qarabağ və Şərqi Zəngəzur regionlarının yaşıl enerji zonaları elan edilməsi isə yaşıl gündəliyimizin tərkib hissəsidir.

COP29-a hazırlıq ərəfəsindən başlayaraq respublikamızı neft və qaz ölkəsi olduğu üçün ittiham edənlərə də qətiyyətlə cavab verən cənab İlham Əliyevin reallığı əks etdirən sözləri qarşısında ABŞ-ın, Qərbin ermənipərəst qüvvələri səssiz qaldılar: «Bu gün Azərbaycan qlobal neft hasilatında 0,7 faiz, qlobal qaz hasilatında isə 0,9 faiz paya malikdir. Amma dünyada bir nömrəli neft və qaz hasilatçısı olan, Azərbaycandan 30 qat artıq neft hasil edən ölkənin yalan xəbər mediası bizi neft dövləti adlandırır. Yaxşı olardı ki, ən azı onlar özlərinə və Azərbaycandan 10 dəfə artıq neft hasil edən özlərinin qonşuluğundakı ölkəyə baxsınlar. Azərbaycanın qlobal qaz atılmalarındakı payı cəmi 0,1 faizdir. Mən bu rəqəmləri auditoriyamızın diqqətinə çatdırmalıyam, çünki Azərbaycan COP29-a ev sahibi seçildikdən dərhal sonra biz əlaqələndirilmiş və yaxşıca təşkil olunmuş qarayaxma və böhtan kampaniyasının hədəfinə çevrildik.»

Tanrının xalqımıza bəxş etdiyi bu sərvətlərə neftin qara rəngi ilə baxıb, qazımızın hərarətindən alovlananların Azərbaycanın yaşıl enerji gündəliyinə təbiətin göz işığı ilə baxmalarının vaxtıdır. Noyabrın 13-də Bakıda COP29 çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin (SIDS) Sammitindəki çıxışı ilə də qara qüvvələrin ölkəmizə qarşı ittihamlarının heç bir əsası olmadığını artumentlər əsasında qətiyyətlə söyləyən Prezident İlham Əliyev bildirdi ki, iqlim dəyişikliyinin ən çox təsirinə məruz qalan və ən çox risk altında olan Fransanın müstəmləkə altında saxladığı dənizaşırı ərazilərdir: «Biz buraya Niderlandın Karib dənizi hövzəsindəki koloniyalarını da əlavə edə bilərik. Bu ərazilər iqlim dəyişikliyinin ağır nəticələri ilə üzləşsələr də, beynəlxalq səviyyədə diqqətdən kənarda qalırlar. Bu baxımdan COP29-un Azərbaycanda keçirilməsi yalnız iqlim dəyişikliyi ilə bağlı qlobal əməkdaşlıq üçün vacib bir platforma deyil, həmçinin enerji siyasətində neoimperializmin ifşasıdır. Belə bir yanaşma iqlim ədalətinin təmin olunması və ekoloji bərabərsizliklərin qarşısının alınması üçün vacib addım kimi qiymətləndirilməlidir.»

Müstəmləkəçiliyin davam etdiyi torpaqlarda yaşayanlar iqlim dəyişikliyinin ən ağır fəsadları ilə üzləşirlər. Çox təəssüf ki, onları idarə edən müstəmləkəçi dövlətlər bu problemlərə laqeyd münasibət sərgiləyir, həyati əhəmiyyətli risklərin aradan qaldırılması və ya azaldılması üçün vəsait xərcləməkdən imtina edirlər. Əksinə, torpaqlarını zəbt etdikləri xalqların sərvətlərini talan edirlər. Bu baxımdan əsarət altında saxladıqları insanları adi yaşayış hüquqlarından məhrum edən Fransanın, Niderlandın ölkəmizə qarşı əsassız ittihamları yersizdir. Fransa və Niderlandın xüsusən də Karib dənizi və Sakit okean regionundakı dırnaqarası dəniz əraziləri iqlim dəyişmələrinin ən ciddi təsirinə məruz qalanlar sırasındadır. Artan dəniz səviyyəsi, kəskin hava şəraiti və biomüxtəlifliyin pozulması həmin regionlara ciddi təhlükə yaradır. Yerli sakinlərin səsi istismarçı rejimlər tərəfindən susdurulur”. Avropa Komissiyası (AK), Avropa Parlamenti (AP) və Avropa Şurası Parlament Assambleyası (AŞPA) kimi beynəlxalq qurumların bu məsələlərə göz yummasını riyakarlıq adlandıran Prezident İlham Əliyev onları imperialist güclərin maraqlarını qoruyan antidemokratik təşkilat kimi dəyərləndirdi. Əksinə, Tonqada Millətlər Birliyi ilə Birgə Bəyannamə imzalayan Azərbaycan kiçik ada dövlətlərindəki birgə layihələrini dəstəkləmək üçün 10 milyon ABŞ dolları məbləğində vəsait ayırır. Ətraf mühitin monitorinqi və qiymətləndirilməsi üçün Azərbaycanın Kosmos Agentliyi – «Azərkosmos”»dan peyk məlumatlarından istifadə üçün Millətlər Birliyi ilə Anlaşma Memorandumu imzalanmışdır. Sammitdə qeyd olunduğu kimi, Fransa Polineziyasında aparılan 193 nüvə sınağı nəticəsində ətraf mühitə ciddi ziyan dəyib. Həmin ərazidə torpaq və suyun kəskin zəhərlənməsi və radiasiyası üçün də Əlcəzairdə nüvə silahını sınaqdan keçirən Fransa məsuliyyət daşıyır.

Sammit çərçivəsində Bakı Təşəbbüs Qrupunun (BTQ) təşkilatçılığı ilə keçirilən «Dekolonizasiya və yaşıl gələcək naminə həmrəylik»” adlı tədbirdə də vaxtilə müstəmləkəçiliyə məruz qalmış Afrikanın Mali, Kenya, Konqo Demokratik Respublikası, Nigeriya, Cibuti, Toqo, Mavritaniya, Zimbabve, Zambiya və Kamerundan olan deputatlar, qeyri-hökumət təşkilatlarının rəhbərləri, siyasətçilər, ekoaktivistlər, hüquq müdafiəçiləri iştirak ediblər.

Tədbirdə keçmiş koloniyalardakı ekoloji çağırışlara diqqət yetirilərək, Afrika qitəsi üçün yaşıl və xarici müdaxiləsiz gələcəyə doğru ən optimal yollar ətrafında fikir mübadiləsi aparılıb. Regionlarda müstəmləkəçiliyin mənfi təsirləri, davamlı inkişaf və ekoloji bərpa və dayanıqlılığı təşviq edən məsələlər müzakirə olunub. Afrikalı deputatlar öz ölkələrindəki keçmiş müstəmləkəçi dövlətlərlə münasibətlərdən söz açaraq, kolonializmin yeni təzahürlərini pisləyiblər. Dekolonizasiya prosesinin uğurlu olması üçün onun kağız üzərində deyil, əməllərlə sübutun vacibliyini vurğulayan natiqlər dövlətlər arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərinin labüdlüyünü qeyd ediblər. Natiqlər, həmçinin müstəmləkəçiliyin Afrikada bu gün də hiss olunduğundan söz açıblar. Qeyd olunub ki, müstəmləkəçi güclər Afrika ölkələrini xammal və ucuz işçi qüvvəsi tədarükçülərinə çevirərək, yerli sənaye və kənd təsərrüfatının inkişafını boğublar. Bu siyasət ölkələri icracdan asılı vəziyyətinə salıb. Meşələrin qırılması kimi qeyri-davamlı torpaq idarəetmə torpağın deqradasiyasına və münbitliyin azalmasına səbəb olur. Bu da öz növbəsində Afrika ölkələrinin quraqlıq və digər ekstremal hava hadisələri qarşısında həssaslığını artırıb. İntensiv quraqlıqlar və daşqınlar, dəniz səviyyəsinin artması, xəstəliklərin yayılması, miqrasiya kimi problemlər doğurur.

COP29-un yüksək səviyyədə təşkili ilə bağlı xoş sözlərin çoxluğuna baxmayaraq erməni havadarı Qərbin maraqlarına xidmət edən bəzi xarici KİV-lərdə Bakı konfransı ilə bağlı həqiqətə uyğun olmayan «feyk» informasiyaların yayılması ölkəmizə qarşı ideoloji təxribatın hələ də davam etdiyinin göstəricisidir. Bu kimi halları yolverilməz, bağışlanılmaz hal adlandıran Prezident İlham Əliyev müsahibələrində diqqətə çatdırırdı ki, əsas məsələ informasiyanın həqiqətə söykənməsidir. «Bu, birtərəfli, qərəzli olmasın. Çünki qərəzli olsa və koordinasiya şəklində aparılmış kampaniyanın media hücumunun bir nəticəsidirsə, əlbəttə ki, bu, qəbuledilməzdir. Bu, məlumat qıtlığından qaynaqlanırsa, o hissəni bəlkə də başa düşmək olar. Ancaq Azərbaycana gəldikdə, bu, koordinasiya edilmiş media hücumlarıdır. Bunlar adətən mühüm geosiyasi hadisələrə təsadüf edir. O, idarəedilən bir media hücumu olanda onlar istəklərinə nail olmurlar. Çünki onların istəkləri, hədəfləri bizim maraqlarımıza ziddir» sözləri ilə xüsusilə xarici media mənsublarını reallığa dəyər verməyə çağıran Prezident İlham Əliyev bildirirdi ki, tanınmış media şirkətləri tərəfindən aparılan təxribatlar onlara xeyir gətirmir : «Əlbəttə, burada fikir müxtəlifliyi olmalıdır. Bu gün biz görürük ki, bir çox ölkələrdə media yalnız bir dairənin müəyyən mövzu ilə bağlı rəyini əks etdirir. Avropaya gedəndə bir narrativ görürük, Asiyaya getdikdə fərqli bir mənzərənin şahidi oluruq. Rusiyaya gedəndə artıq digər bir mənzərədir, Azərbaycana gələndə başqa bir mənzərənin şahidi olursunuz. Yəni, media sahəsi kəskin şəkildə siyasiləşdirilib. Bir daha deyirəm ki, biz siyasətçilərə tövsiyələr vermək sizin vəzifənizdir.»

Amma şair Səməd Vurğun demişkən «Günəşi örtsə də qara buludlar, yenə Günəş adlı bir qüdrəti var!»

Xuraman İsmayılqızı, «İki sahil»

Seçilən
48
ikisahil.az

1Mənbələr