AZ

Burada əhəmiyyətli bir amil varmış...

...ABŞ-ın hazırkı prezidenti Cozef Baydenin Ukraynanın Rusiya Federasiyasının dərinliklərində zərbələr endirmək üçün Qərb silahlarından istifadəsinə qoyulan məhdudiyyəti aradan qaldırmaq qərarı qismən Şimali Koreyanı müharibəyə əlavə qoşun göndərməkdən çəkindirmək məqsədi daşıyır.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə “The Washington Post” ABŞ-ın yüksək rütbəli məmurlarından birinə istinadən yazır.

Nəşrin həmsöhbəti qeyd edib ki, Şimali Koreya diktatoru Kim Çen In qoşun göndərməyin “bahalı” səhv olduğunu başa düşməlidir.

Adının açıqlanmasını istəməyən iki yüksək rütbəli ABŞ rəsmisinin sözlərinə görə, Bayden Şimali Koreyanın Ukraynaya qarşı müharibəsində Kremlə kömək etmək üçün minlərlə hərbçi göndərməsinə cavab olaraq Rusiya ərazisinə məhdud zərbələr endirmək üçün uzaq mənzilli Amerika silahlarından istifadə etməyə icazə verib.

Nəşrin qeyd etdiyi kimi, Şimali Koreya 10 minə yaxın elit əsgərini Rusiya Federasiyasının Kursk vilayətinə göndərib. ...Bayden administrasiyası Şimali Koreyanın digər xüsusi təyinatlı birləşmələrinin də bu səyləri dəstəkləyəcəklərindən qorxur.

Bunu “The Washington Post” yazır.

Deyilənlərə görə, Ukraynanın ilk olaraq Kursk bölgəsi və ətrafına zərbələr endirmək üçün uzaqmənzilli silahlardan istifadə edəcəyi gözlənilir. Lakin sonradan bu “səylər”, yəni məhvetmə radiusu genişləndirilə bilər.

Jurnalist həmçinin vurğulanıb ki, Ağ Ev, Pentaqon, eləcə də Ukrayna Prezident Aparatı şərh verməkdən imtina ediblər.

...ABŞ rəsmiləri jurnalistlərə bildiriblər ki, Ağ Ev ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın rəhbərlik edəcəyi potensial sülh danışıqları öncəsi Ukraynanın mümkün olan ən yaxşı vəziyyətdə olmasını istəyir.

Əvvəllər Bayden administrasiyası bunun Kreml tərəfindən eskalasiyaya səbəb olacağından ehtiyat edərək Rusiya ərazisinə ATACMS zərbələrinə qəti şəkildə qarşı çıxırdı.

Əli Babayev

Seçilən
23
sia.az

1Mənbələr