AZ

Nyu-Yorkda "Türk Evi"nin qarşısında qadın bıçaqlanıb

Türkiyənin Nyu-Yorkdakı Baş Konsulluğunun və BMT-dəki daimi nümayəndəliyinin yerləşdiyi "Türk Evi"nin önündə bıçaqlanma hadisəsi baş verib.

hakimiyyet.az MSN-ə istinadən xəbər verir ki, Manhetten adasındakı binanın qarşısında bir qadın ağır yaralanıb.

Nyu-York polis departamentinin məlumatına görə, 51 yaşlı şübhəli hadisə yerində saxlanılıb.

Rəsmilər şübhəlinin adanın digər ərazilərində daha iki nəfəri bıçaqlayaraq qətlə yetirdiyini, onun öz qurbanlarını təsadüfi seçdiyini bildiriblər.

Hadisəsinin baş verdiyi ərazi bağlanılıb, araşdırma aparılır.

Seçilən
48
hakimiyyet.az

1Mənbələr