“Mançester Yunayted” yeni baş məşqçi Ruben Amorimin rəhbərliyi altında ilk məşqinə çıxıb.
QOL.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Əksər futbolçular müxtəlif milli komandaların düşərgəsinə yollandıqlarından portuqaliyalı mütəxəssisin ilk məşqində “Qırmızı şeytanlar”ın əsas heyət üzvlərindən cəmi 10 nəfər iştirak edib. Hazırlıq prosesinə cəlb edilən digər futbolçular “Mançester Yunayted”in akademiyasından olublar.
Qeyd edək ki, Mançester klubu Ruben Amorimin rəhbərliyi altında ilk oyununu noyabrın 24-də “İpsviç”ə qarşı keçirəcək.