AZ

Millətlər Liqası: İspaniya İsveçrəni məğlub etdi, Xorvatiya - Portuqaliya matçında qalib müəyyənləşmədi

UEFA Millətlər Liqasında 6-cı - sonuncu turun oyunları davam edir.

Fanat.Az xəbər verir ki, bu gün daha 9 qarşılaşma baş tutub.

A Liqasında Portuqaliya Xorvatiyanın qonağı olub. Görüşdə qalib müəyyənləşməyib. İspaniya isə İsveçrəni sınağa çəkib. 5 qolun qeydə alındığı matçda pireneylilər rəqibini məğlub edib. 

Qeyd edək ki, tura 19 noyabrda yekun vurulacaq.

UEFA Millətlər Liqası
6-cı tur
18 noyabr

A Liqası, 1-ci qrup

Xorvatiya – Portuqaliya 1:1
Qollar:
Qvardiol, 65 - Feliks, 33.

Polşa – Şotlandiya 1:2
Qollar:
Pyatkovski, 59 - Makqinn, 3. Robertson, 90+3.

Xal durumu: Portuqaliya – 14, Xorvatiya – 8, Şotlandiya – 7, Polşa – 4

A Liqası, 4-cü qrup

Serbiya – Danimarka 0:0

İspaniya – İsveçrə 3:2
Qollar:
Pino, 32. Cil, 68. Saraqosa, 90+2-pen. - Monteyru, 63. Zekiri, 85-pen.

Xal durumu: İspaniya – 16, Danimarka – 8, Serbiya – 6, İsveçrə – 2

C Liqası, 2-ci qrup

Kosovo – Litva 1:0
Qol:
Caşari, 5.

Rumıniya – Kipr 4:1
Qollar:
Birliqea, 2. Marin, 42; 82. Xaqi, 80 - Pittas, 52. 

Xal durumu: Rumıniya – 15, Kosovo – 12, Kipr – 6, Litva – 0

C Liqası, 3-cü qrup

Bolqarıstan – Belarus 1:1
Qollar:
Panayotov, 13 - Martınoviç, 70.

Lüksemburq – Şimali İrlandiya 2:2
Qollar:
Koraç, 72. Rodriqes, 75 - Çena, 19. Predli, 50.

Xal durumu: Şimali İrlandiya – 11, Bolqarıstan – 9, Belarus – 7, Lüksemburq – 3

D Liqası, 1-ci qrup

Lixtenşteyn – San Marino 1:3
Qollar:
Sele, 40 - Laççari, 46. Nanni, 66-pen. Qolinuççi, 76.

Xal durumu: San Marino – 7, Cəbəllütariq – 6, Lixtenşteyn – 2

Seçilən
25
1
fanat.az

10Mənbələr