Bakı. Trend:
İyirmilik Qrupu (G20) ölkələrinin liderləri Paris Sazişinineffektiv həyata keçirilməsi ilə iqlim dəyişikliyinə qarşımübarizəyə sadiq olduqlarını bəyan edib və qlobal istiləşməni 1,5dərəcə Selsi ilə məhdudlaşdırmaq üçün səy göstərməyə hazırolduqlarını təsdiqləyiblər.
Trend-inməlumatına görə, bu barədə Braziliyanın Rio-de-Janeyro şəhərindəkeçirilən G20 sammitinin yekun bəyannaməsində qeyd edilib.
Bəyanatda deyilir: “Liderlik rolumuzu dərk edərək, ParisSazişinin gücləndirilməsi və tam, səmərəli icrası yolu ilə İqlimDəyişikliyi üzrə Çərçivə Konvensiyasının məqsədlərinə çatmaq üçüngüclü öhdəliyimizi bir daha təsdiqləyirik. Biz əsrin ortalarınaqədər istixana qazı emissiyalarını və karbon neytrallığını xalissıfıra çatdırmaq üçün səylərimizi artıracağıq. Biz iqlimdəyişikliyinin ciddiliyini və aktuallığını anlayırıq.”
Bəyannamədə vurğulanıb ki, qlobal istiləşməninməhdudlaşdırılması iqlim dəyişikliyinin risklərini və təsirləriniəhəmiyyətli dərəcədə azaldacaq.