AZ

Naxçıvanda 1 kiçik dövlət müəssisəsi hərrac vasitəsilə özəlləşdirilib

Noyabrın 18-də Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi” publik hüquqi şəxs tərəfindən Naxçıvan Muxtar Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin özəlləşdirməsi ilə bağlı hərrac keçirilib.

Qeydiyyatdan keçən 1 sifarişçi hərracda iştirak edib və başqa sifarişçi olmadığından hərracın qalibi olub.

Xatırladaq ki, kiçik dövlət müəssisələrinin özəlləşdirilməsi ilə bağlı keçirilmiş bundan əvvəlki hərrac proseslərində isə Babək, Kəngərli və Sədərək rayonlarında yerləşən kiçik dövlət müəssisələri özəlləşdirilib.

Seçilən
33
marja.az

1Mənbələr