AZ

“Hizbullah” Təl-Əvivdəki hərbi bazaya hücum etdiyini bildirib

Livanın “Hizbullah” hərəkatı İsrailin Təl-Əvivdəki hərbi kəşfiyyat bazasına hücum etdiyini açıqlayıb...

Poliqon Tass Agentliyinə istinadən xəbər verir ki, bundan əvvəl İsrail polisinin mətbuat xidməti Livandan şəhərə endirilən raket zərbələri nəticəsində bir neçə nəfərin yaralandığını bildirmişdi.

“Müqavimət qüvvələri İsrailin Təl-Əvivdəki Təl-Haim hərbi kəşfiyyat bazasını yüksək dəqiqlikli raketlər və pilotsuz uçuş aparatlarından istifadə edərək atəşə tutub”, deyə “Hizbullah”ın bəyanatında bildirilir.

Dünən, noyabrın 18-də İsrail polisi hava hücumundan müdafiə qüvvələrinin Təl-Əviv istiqamətində atılan raketin qarşısını aldığını bildirib. İsrail Müdafiə Qüvvələrinin (IDF) məlumatına görə, onun fraqmentləri şəhərin kənarındakı yaşayış məntəqələrinə - Ramat Qan və Bney Brak ərazilərinə düşüb. Xüsusilə dağıntılar avtobusa ziyan vurub və yanğın başlayıb. İsrail Təcili Yardım Mətbuat Xidməti (MDA) beş itki barədə məlumat verib. Məlumata görə bir qadının vəziyyəti ağır, daha 3 mülki vətəndaş isə orta dərəcəli xəsarət alıb. Zərərçəkmişlərdən biri yüngül xəsarətlər alıb.

Poliqon.info

Seçilən
61
50
poliqon.info

10Mənbələr