AZ

Makron ABŞ-nin Rusiyanın dərinliklərinə zərbə icazəsi qərarını alqışlayıb

Fransa prezidenti Emmanuel Makron G20 sammiti çərçivəsində ABŞ-nin Ukraynanın Rusiyanın dərinliklərini uzaqmənzilli raketlərlə vurmasına icazə vermək qərarını alqışlayıb...

 

 

Poliqon xəbər verir ki, bu barədə BFMTV telekanalı kanalı məlumat yayıb.

Fransa dövlət başçısı bu qərarı “tamamilə düzgün” və “tamamilə yaxşı” qərar adlandırıb.

“Mən başa düşürəm ki, buna həm də münaqişədə ciddi dəyişiklik, yəni Şimali Koreya qoşunlarının Avropa ərazisinə yeridilməsi səbəb olub”, deyə Makron əlavə edib.

Qeyd edək ki, bir gün əvvəl Avropa diplomatiyasının rəhbəri Cozep Borrell bildirib ki, ABŞ prezidenti Co Baydenin administrasiyası Kiyevə Rusiya ərazisini vurmaq üçün 300 km-ə qədər mənzilli raketlərdən istifadə etməyə icazə verib.

Poliqon.info

Seçilən
26
1
poliqon.info

2Mənbələr