AZ

Abxaziya "prezidenti" və "baş naziri" istefa verməyə razılaşdı... Amma...+VİDEO

Qondarma Abxaziya "respublikası"nın "prezidenti" Aslan Bjaniya etiraz aksiyası iştirakçılarının dağılması şərti ilə istefa verməyə razılaşıb
 
Moderator.az-ın "Kavkazskiy uzel" nəşrinə istinadla verdiyi xəbərə görə, müxalifətlə razılaşmanın mətnindən belə çıxır ki, əks halda A.Bjaniya bəyanatını geri götürəcək.
 
Müxalifətin məlumatına görə, dünən - noyabrın 18-də axşam danışıqlar başa çatdıqdan sonra  Abxaziya "prezidenti" Aslan Bjaniya istefaya razılaşıb. O, "baş nazir" Aleksandr Ankvab da istefaya gedir.
 
Abxaziya prezidentinin mətbuat xidməti bu gün, noyabrın 19-da öz teleqram kanalında hakimiyyətlə müxalifət arasında sazişin mətnini dərc edib.

Sazişin birinci bəndində deyilir ki, "prezident" Aslan Bjaniya istefa ərizəsini təqdim edir. Amma ikinci abzasda qeyd edilən “hökumət binaları kompleksinin ərazisinə və içərisinə toplaşan vətəndaşların 2024-cü il noyabrın 19-da dağılışacaq” deyilən xəbərdarlıqla. Əks halda, Bjaniya istefasını geri götürəcək.

İstefa məktubuna bu gün Abxaziya "respublikası"nın "xalq məclisi" - "parlamenti" baxacaq. "Prezident"in səlahiyyətlərini icra edənin "vitse-prezident" Qunba B.Z olacağı təsdiqlənir.

Qunba isə öz növbəsində Abxaziyanın "baş naziri" Aleksandr Ankvabı tutduğu vəzifədən azad edir və bu vəzifəyə Valeri Bqanba təyin olunur. 
Mətbuat xidməti Aslan Bjaniyanın istefası ilə bağlı Abxaziya "parlamenti"nin sədri Laşa Aşubaya müraciətini də dərc edir. 1801 nömrəli sənəddə deyilir: “Ölkədə sabitliyi və konstitusiya quruluşunu qorumaq üçün Abxaziya Respublikası Konstitusiyasının 65-ci maddəsinə uyğun olaraq, mən Abxaziya Respublikasının Prezidenti vəzifəsindən istefa verirəm”.

Xatırladaq ki, noyabrın 16-da etirazlar fonunda ata-baba kəndi Tamışa yola düşən Aslan Bjaniya etirazçılar hökumət binasını tərk edəcəyi təqdirdə istefa verməyə hazır olduğunu bildirib. Etirazçılar Bjaniyanın növbədənkənar prezident seçkilərinin təyin edilməsi təklifini rədd ediblər. Bjaniya etirazçıları dövlət çevrilişinə cəhddə ittiham edib.

 

S. Laçın

Seçilən
49
13
moderator.az

10Mənbələr