AZ

Milli komandamız İsveç səfərində

style='margin-bottom:10px;'>

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasının cari mövsümündəki son oyununa çıxacaq. 

QOL.az xəbər verir ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığmamız səfərdə İsveçin qonağı olacaq. 

5 turdan sonra 1 xalı olan millimiz qrupda sonuncu, İsveç isə 13 xalla birincidir. 

Qrup sonuncusu kimi D Liqasına düşməmək üçün milli komandamız bu gün səfərdə İsveçə qalib gəlməlidir. Bu halda belə Azərbaycan millisi öz qrupunda sonuncu olacaq (Estoniya şəxsi oyunda bizdən üstün olduğu üçün), amma xalını 4-ə yüksəltməklə ən yaxşı nəticəyə malik iki qrup sonuncusundan biri olacaq. Bu isə milli komandaya D liqasına düşməmək üçün həmin liqanın iki qrup ikincisi ilə pley-off matçında iştirak imkanı yaradacaq.
 

Yalnız bu halda Fernandu Santuşun komandası D liqan düşməmək üçün həmib

eləcə də digər qruplarda Lüksemburq və Litvanın nəticələrini gözləməlidir. Millimiz öz qrupunu isə sonuncu yerdə başa vuracaq. Çünki şəxsi oyunlarda Estoniya bizdən üstün olub.

UEFA Millətlər Liqası

C Liqası, VI tur

19 noyabr

23:45. İsveç - Azərbaycan

Hakimlər: Paveł Raçzkovski, Radosłav Siejka, Adam Kupsik, Voyçex Mik (Polşa)

Solna, “Strouberri Arena”

Seçilən
20
15
teleqraf.com

10Mənbələr