AZ

SON DƏQİQƏ: Abxaziyada siyasi böhran - "Prezident" İSTEFA VERDİ - FOTO, VİDEO

Abxaziya "prezidenti" Aslan Bjaniya və "baş nazir" Aleksandr Ankvab müxalifətlə saatlarla davam edən danışıqlardan sonra istefa veriblər. Belə ki, "hakimiyyət" və müxalifət nümayəndələri arasında səkkiz saatdan çox davam edən danışıqlardan sonra razılaşma imzalanıb.

Musavat.com xəbər verir ki, bu barədə "Sputnik Abxaziya" məlumat yayıb.

Qeyd olunub ki, "prezident" vəzifəsini icra edən şəxs vitse-prezident Badra Qunba olacaq, hökumət başçısı isə keçmiş baş nazir Valeri Bqanba təyin ediləcək.

Lakin bu, yalnız o şərtlə mümkündür ki, etirazçılar bu gün hökumət binaları kompleksini tərk etsinlər. Əks halda, istefa ərizələri geri götürüləcək.

KİV-in məlumatına görə, etirazçılar artıq dağılışırlar. Yeni prezident növbədənkənar seçkilərdə seçiləcək.

Musavat.com

 

 

Seçilən
18
13
musavat.com

10Mənbələr