AZ

Müstəqil Azərbaycanın Konstitusiyası: Heydər Əliyev irsinin zirvəsi

“Müstəqil Azərbaycanın Konstitusiyası Ümummili Lider Heydər Əliyevin adı ilə bağlıdır”.

Bu fikirləri Konstitusiya günü münasibəti ilə QHT.az-a açıqlama verən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib. O, qeyd edib ki, müstəqil dövlətimizin yeni Konstitusiyası Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı ən böyük xidmətlərindən biridir.

Heydər Əliyev bu barədə demişdir: “Biz elə bir layihə hazırlamalı və nəhayət, elə bir Konstitusiya qəbul etməliyik ki, o, müstəqil Azərbaycan Respublikasının demokratik prinsiplər əsasında uzun müddət sabit yaşamasını təmin edən əsas Qanun, tarixi sənəd olsun. Hakimiyyət bölgüsü – icra, qanunvericilik, məhkəmə hakimiyyəti - bunlar hamısı xalqın iradəsinə söykənməli, seçkilər yolu ilə təmin olunmalıdır”.

S.Qurbanov onu da əlavə edib ki, Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpa edilməsi Konstitusiya hüquqlarımızın təmin olunmasına ən böyük tövhədir.

Seçilən
8
qht.az

1Mənbələr