AZ

İnger Andersen: Xəzəryanı ölkələrin COP29 çərçivəsində Bəyannamə qəbul etməsi tarixi hadisədir

“Beş Xəzəryanı ölkə COP29 çərçivəsində Xəzərin səviyyəsinin azalması ilə bağlı Bəyannamə qəbul etdi. Bu, Azərbaycanın pavilyonunda baş verən tarixi hadisədir. Azərbaycan Tehran Konvensiyasını imzalayan beş ölkəni də bir araya gətirməyə nail olub.

“İki sahil” xəbər verir ki, bunu BMT-nin Ətraf Mühit Proqramının (UNEP) icraçı direktoru İnger Andersen jurnalistlərə müsahibəsində deyib.

Onun sözlərinə görə, bütün tərəflər razılığa gəlib ki, onlar birgə əməkdaşlıq edərək iqlim dəyişikliyinin yaratdığı təzyiqləri aradan qalmaq üzrə çalışacaq. Bundan əlavə isə Xəzər dənizinin bəxş etdiyi zənginliklərdən də birgə faydalanacaqlar.

“Biz anlamalıyıq ki, istiləşmə Xəzər dənizində yağıntıların azalmasına və suyun səviyyəsinin getdikcə enməsinə səbəb olacaq. Beş ölkədən olan alimlər bir araya gələrək bu məsələləri, iqlim dəyişikliyinin fəsadlarının aradan qaldırılmasını həll etməlidir”, - deyə İ.Andersen bildirib.

Seçilən
48
1
ikisahil.az

2Mənbələr