Babək Rayon Məhkəməsində fahişəliyə cəlb etmədə təqsirləndirilən Samirə Əsədovanın (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Günay İsmayılovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə o, 3000 manat məbləğində cərimə cəzasına məhkum edilib.
İttihama görə, Samirə Əsədova 24 may 2024-cü ildə zərərçəkmiş Nilay Quliyevanı (şərti) başqa şəxslə 100 manat müqabilində cinsi əlaqədə olmağa təhrik edib. O, həmin tarixdə, saat 22 radələrində zərərçəkmişi Babək şəhəri, Qoşadizə məhəlləsində yerləşən “Elsevər” otelə aparıb, müştəri ilə cinsi əlaqədə olması üçün görüşünü təşkil etdiyinə görə 50 manat pulu da özü üçün alıb. Samirə Nilayı fahişəliyə cəlb etdiyi zaman Naxçıvan MR DİN-in polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbiri zamanı “Elsevər” oteldə cinayət başında yaxalanıb.
Kamal Məmmədov