Braziliyada keçirilən G20 sammitində Paraqvay Prezidenti Santiaqo Penyanın halı pisləşib.
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, dövlət başçısı Rio-de-Janeyroda keçirilən sammit zamanı təcili yardım maşını ilə tərk edib.
Məlumata görə, 46 yaşlı dövlət başçısı ürək nahiyəsində ağrılardan şikayətlənib.
O, əvvəlcə sammitin keçirildiyi ərazidə həkimlər briqadası tərəfindən müayinə olunub, daha sonra Rio-de-Janeyroda yerləşən “Samaritano” xəstəxanasına aparılıb. Dövlət başçısının müşahidə üçün bir gün klinikada qalacağı qeyd olunur.