AZ

Millimiz İsveç səfərində

Bu gün Azərbaycan millisi UEFA Millətlər Liqasında sonuncu matçına çıxacaq.

Msport.az xəbər verir ki, C Liqasının 1-ci qrupunda yer alan yığmamız səfərdə İsveçlə üz-üzə gələcək.

VI turda Solna şəhərindəki “Friends Arena”da təşkil olunacaq görüşü Polşadan olan hakimlər briqadası idarə edəcək.

Görüşün baş hakimi Pavel Raçkovski olacaq. Ona yan xətt hakimləri Radoslav Seyka və Adam Kupsik kömək edəcəklər. Dördüncü hakim funksiyasını isə Voytsex Mits yerinə yetirəcək.

Azərbaycan millisi əvvəlki dörd qarşılaşmada Estoniya (1:3), Slovakiya (0:2, 1:3) və İsveçə (1:3) uduzub. Estoniya ilə Qəbələdəki oyun isə heç-heçə yekunlaşıb – 0:0.

UEFA Millətlər Liqası
Qrup mərhələsi, C Liqası, I Qrup
VI tur
19 noyabr

23:45. İsveç – Azərbaycan
Baş hakim: Pavel Raçkovski
Hakimlər: Radoslav Seyka, Adam Kupsik, Voytsex Mits
Solna, “Friends Arena”.

Seçilən
11
msport.az

1Mənbələr