AZ

Kasko sığortaya maraq kəskin artıb- səbəblərə inanmaq olmur…

Image

Fərid Həşimov: “İstənilən halda kasko sığortaya marağın artması onun qiymətinə də təsir edə bilər”

Avtomobilin icbari sığortası zamanı maksimum 5 min manatlıq təminat sürücüləri qane etmir. Çünkü son vaxtlar ehtiyat hissələri xeyli bahalaşıb və işçi haqları artıb. Buna görə də, qəza zamanı dəymiş zərərin məbləği 5 min manatdan yüksək olan hadisələrin sayı çoxalıb. İnsanlar bu halda yönəlirlər kasko sığortaya. 

Qeyd etdiyimiz kimi, son zamanlar avtomobil sahibləri kasko sığortaya daha çox maraq göstərir.

Qeyd edək ki, hazırda kasko sığorta haqqı avtomobilin dəyərinin 2.5 - 3.5 faizi nisbətində hesablanır. Lakin kasko sığortaya marağın artması qiymətə təsir etdikdən sonra, bu rəqəmlərin 1- 1.5 faiz düşməsi gözlənilir.

“Avtomobil parkı tam yeniləndikcə kasko sığorta haqlarının da ucuzlaşması gözlənilir”

Nəqliyyat eksperti Fərid Həşimov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, kasko sığortanın qiyməti avtomobilin markası, modeli və dəyəri, eləcə də sığorta səviyyəsindən asılı olaraq dəyişir: "Kasko sığortanin qiymətləri dünyada olan sığorta qiymətləri ilə, demək olar ki, aşağı-yuxarı eyni səviyyədədir. Hansi ki, məsələn, biz deyirik 1-7 faiz hissəsində. Əgər əmlakımızın, yəni avtomobilimizin  qiyməti nə qədərdirsə 1-7 faiz dəyərində bir illik sığorta haqqı müəyyən olunur. Sığorta hadisəsi baş verirsə onda növbəti il bu daha da çox olur, çünki bu risk amilini nəzərə alaraq belədir. Bəli, son zamanlar kasko sığortaya maraq  artıb. Bunun da səbəbləri var. Məlumdur ki, hər nəqliyyat vasitəsinin öz sığorta qiyməti var. 10 minlik maşınla 70 minlik maşının fərqli sığorta xərci var. Bəzi sürücülər kasko sığorta üçün hər il illik ailə büdcəsindən yetərincə maliyyə vəsaiti ödəyə bilmir. İStənilən halda kasko sığortaya marağın artması onun qiymətinə də təsir edə bilər. Onu da deyim ki, əvvəllər sığorta şirkətləri kasko sığorta üçün yol nəqliyyat hadisəsi baş verdikdən sonra həddindən artıq sənəd tələb etdiyinə görə vətəndaşlar bu sığorta növünə müraciət etməkdən imtina edirdilər. Sığorta müqaviləsində çox sərt müqavilələr bağlanılırdı. Bununla yanaşı,  qarşıdakı illərdə avtomobil parkı tam yeniləndikcə kasko sığorta haqlarının da ucuzlaşması gözlənilir”.

Günel CƏLİLOVA





Seçilən
22
baki-xeber.com

1Mənbələr