1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Xəzər Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Fəxrəddin Fərəcovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Ramilə Xəzrinin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Məhkəmənin hökmü ilə ona 10 ay azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.
İttihama görə, hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən kafenin zalında qeydə alınıb.
Belə ki, Fəxrəddin Fərəcov tanışı, zərərçəkmiş Vüsal Hacıyevlə (soyadı şərti) mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin guya onu təhqir etməsi olub. Bu zaman o, Vüsalın sifət nahiyəsindən qəsdən yumruqla vuraraq ona xəsarətlər yetirib.
Hadisədən sonra Fəxrəddin Fərəcov saxlanılıb və cinayət məsuliyyətinə cəlb edilib.