Ötən ilin oktyabr ayından bəri Yaxın Şərqdə vəziyyət pisləşdiyi üçün Livanda ən azı 212 tibb işçisi dünyasını dəyişib.
Viral.az xəbər verir ki, bu barədə BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi İdarəsinin Livandadakı vəziyyətlə bağlı hesabatında deyilir.
Qeyd olunub ki, 2023-cü ilin oktyabr ayından bəri səhiyyə müəssisələrinə 136 hücum olub, nəticədə 212 tibb işçisi həlak olub. Belə ki, təkcə ötən həftə 70 tibbi işçisi dünyasını dəyişib.
Son Yazılar:
Bundan başqa hücumlar nəticəsində Livandakı 178 tibb müəssisəsindən 21-i işləri dayandırmaq və ya göstərilən xidmətlərin həcmini azaltmaq məcburiyyətində qalıb.