AZ

QONDARMA PREZİDENT MÜXALİFƏTLƏ DANIŞIĞA GETDİ, AMMA...

 İşğal altında olan Abxaziyanın qondarma Prezidenti Aslan Bjaniya “deputatlar” qrupu ilə görüşdə nümayəndə heyəti yaratmağa və “hökumət”lə müxalifət arasında danışıqlara başlamağa razılaşıb.

Tezadlar.az Gürcüstan mediasına istinadla xəbər verir ki, bu barədə Rusiya KİV-i prezidentin mətbuat xidmətinə əsaslanaraq məlumat yayıb. Bildirilir ki, "Prezident" Aslan Bjaniya ilə parlamentin bir qrup deputatı arasında görüş keçirilib. Onlar ölkədəki mövcud vəziyyəti müzakirə ediblər. Axşam saat 18:00-dan gec olmayaraq nümayəndə heyətlərinin yaradılması və müxalifətlə iqtidar arasında danışıqlara başlanması barədə qərar qəbul edilib.Məlumatda o da xatırlanır ki, qondarma Abxaziya Hakimiyyəti ilə müxalifət arasında qarşıdurma Rusiyanın Abxaziyada mənzillərin tikintisini nəzərdə tutan investisiya sazişinə görə başlayıb. Qondarma Parlament noyabrın 15-də “sənəd”i ratifikasiya etməli idi, lakin etirazların başlaması ilə əlaqədar məsələyə baxılması təxirə salınıb.

Hələki danışıqlar bir fayda vermir, yekdil razılıq yoxdur. Müxaliflər isə dirəniş nümayiş etdirir.

A.Məmmədli

Seçilən
30
27
tezadlar.az

10Mənbələr